Azərbaycan Güləş Federasiyasının (AGF) məşqçilər üçün təşkil etdiyi ümumrespublika seminarına Naxçıvanda yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində 40-a yaxın məşqçi-müəllimin iştirakı ilə seminarın nəzəri hissəsi reallaşıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən nazirliyin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, o cümlədən Naxçıvan Güləş Federasiyasının sədri Faiq İsgəndərov qonaqları salamlayıb, Muxtar Respublikada bu idman növünün inkişafı üçün müxtəlif tədbirlər görüldüyünü və bu seminarın da faydalı olacağına inamlarını ifadə ediblər.
AGF-nin Hakimlər Kollegiyasının sədri Qərib Əliyev müxtəlif güləş qarşılaşmalarının video icmalının nümayişi fonunda fəndləri qiymətləndirib, epizodları şərh edib. Sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Rövşən Hacıyev, l-S olimpiya kateqoriyalı hakim Sədi Quliyev məşqçiliklə bağlı nəzəri biliklərini diqqətə çatdırıblar və müxtəlif sualları cavablandırıblar.
Veteranlar arasında dünya çempionatılarının 7 qat medalçısı Rövşən İsmayılxanlıya 60 illik yubuleyi münasibətilə AGF tərəfindən xatirə hədiyyəsi təqdim edilib.
Seminarın İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən praktiki hissəsində Rövşən Hacıyev fəndlərin icrasının incəliklərini, Sədi Quliyev isə xalçadançıxma, parter və digər vəziyyətlərdə verilən xalları diqqətə çatdırıb. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
"Heydər Əliyev İli” ilə əlaqədar İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2012-2014-cü il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Güləş Federasiyası, Gənclər və İdman İdarəsi və İlham Əliyev adına Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ile reallaşan yarış ümummilli llider Heydər Əliyevin xatirəsini yad etmək, idmançıların sağlam ruhda böyüməsinə şərait yaratmağ məqsədinə xidmət edib
Yarışda 9 çəki dərəcəsi üzrə 50 idmançı mübarizə aparıb. Nəticələrə əsasən qızlar arasında Ləman Bağırova 28 kq, oğlanlar arasında Əhməd Rəcəbli 23 kq, Amin Quliyev 27 kq, Yusif Əhmədli 30 kq, Nail Əkbərov 34 kq, Rauf Hacızadə 38 kq, Kənan Hüseynzadə 42 kq, İsmayıl Şükürlü 46 kq və Mehdi Yaqublu 46+ kq çəki dərəcələrində birinci yerə layiq görülüblər.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri Həsənov Sadiq Əli oğlu və Qurbanov Xansu Elsevər oğlunun xatirəsinə həsr olunmuş 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Açılış mərasimində ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edənlər Vətən uğrunda döyüşlərdə böyük şücaət göstərən şəhidlərimizin gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Tədbirə fəxri qonaq qismində dəvət olunan şəhid ailəsi üzvlərindən Xansu Qurbanovun anası Yəmən Abbasova və Sadiq Həsənovun atası Əli Həsənov çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıblar. Şəhid valideynlərinə yarışdan xatirə olaraq fəxri fərmanlar təqdim edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi yarışda 9 çəki dərəcəsi üzrə 50 idmançı qüvvəsini sınayıb. İlk üç yerin sahibləri mükafatlandırılıblar.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri Məmmədov Araz Qəhrəman oğlu və Quliyev Vəli Kamal oğlunun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. 2 yaş qrupunu əhatə edən yarışda 22 çəki dərəcəsi üzrə 138 oğlan və qız idmançı iştirak edib. Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə Culfa, Ordubad, Babək və Şərur rayonlarının cüdoçuları da mübarizə aparıblar.
Azərbaycan Cüdo Federasiyası (ACF), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının (NGF) təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində növbəti cüdo seminarı təşkil edilib.