Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

2009-cu il üçün hesabat

      22-25 yanvar 2009-cu il tarixdə  idmançılarımız Bakı şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyində  yeniyetmələr arasında Bağırov Söhrab 75 kq çəki dərəcəsində II yeri, Məmmədov Yadigar 56 kq çəki dərəcəsində III yeri, gənclər arasında Qəhrəmanov  Ələkbər  82 kq çəki dərəcəsində III yerləri tutmuşlar.

     14-20 fevral yeniyetmələr arasında sərbəst güləş üzrə Azərbaycan birinciliyində  Abbasov  Kazım 69 kq çəki dərəcəsində I yeri tutmuşdur.

     05 mart Naxçıvan şəhərində” Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında turnir keçirilmişdir.

     05-06 may sərbəst güləş üzrə yeniyetmələr arasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə  həsr olunmuş  Muxtar Respublika birinciliyi  keçirilmişdir. Qaliblər Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının diplom və qiymətli hədiyyələri ilə təltif edilmişlər.

     22-23 may  2009-cu il tarixdə Gəncə şəhərində  sərbəst güləş üzrə 1995-1996-cı il təvəllüdlü idmançılar arasında 1 nəfər idmançımız İsmayılov Elmin 53 kq çəki dərəcəsində II yeri tutmuşdur.

Oktyabr 2009-cu il tarixdə “Uşaq ili ” ilə əlaqədar sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.Qaliblər Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının diplom və qiymətli hədiyyələri ilə təltif edilmişlər.

     16-17 noyabr 2009-cı il tarixdə Şərur rayonunun Olimpiya kompleksində Azərbaycan Güləş Federasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Güləş Federasiyası tərəfindən təşkil edilmiş  sərbəst güləş  üzrə “Naxçıvan Kuboku uğrunda” kiçik yaşlı yeniyetmələr arasında beynəlxalq turnir keçirilmişdir.Bu turnirdə Azərbaycanın 2, Rusiya, Türkiyə, İran və Naxçıvanın komandaları iştirak etmişlər. İdmançılarımız 4 qızıl ,4gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında I yeri qazanmışlar.