Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

2012-ci il üçün hesabat

02 fevral 2012-ci il tarixdə “Gənclər Günü” münasibəti ilə kiçik yaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir.Qaliblər diplomlarla təltif olunmuşlar.

        04-05 mart 2012-ci il tarixdə Şərur şəhəri Olimpiya İdman Kompleksində “Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Yarışda 10 çəki dərəcəsində 96 idmançı iştirak etmişdir. Komanda hesabında I yerə Naxçıvan şəhəri, II yerə Culfa rayonu, III yerə Şərur rayonu layiq görülmüşlər. Qalib komanda və idmançılar Güləş Federasiyası tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

         20-21 aprel 2012-ci il tarixdə Naxçıvan şəhərində “Zərərli vərdişlərə yox deyək, sağlam olaq” devizi altında yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Qalib gəlmiş idmançılar diplomlarla mükafatlandırılmışlar.

      04-05 may 2012-cu il tarixdə İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Güləş  Federasiyasının birgə təşkil etdiyi  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-ci ildönümünə  həsr olunmuş sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi  keçirilmişdir.

       Komanda birinciliyində Naxçıvan şəhəri I, Şərur rayonu II, Babək rayonu III yeri tutmuşlar. Qalib komandalar və idmançılar  Güləş Federasiyasının diplom və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.

          14-16 iyun 2012-ci il tarixdə Azərbaycan Güləş Federasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Güləş Federasiyasının birgə təşkil etdiyi “Milli Qurtuluş Günü”-nə həsr olunmuş yunan-roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku”uğrunda beynəlxalq turnir keçirilmişdir. Turnirdə 8 ölkədən 74 idmançı iştirak etmişdir. Bu yarışda Naxçıvan  Muxtar Respublika idmançıları ayrıca təmsil olunmuşlar. Gərgin mübarizə şəraitində keçən yarışda Azərbaycan komandası  I ,  Gürcüstan komandası  II , Qırğızıstan komandası III yerlərə layiq görülmüşlər. Naxçıvan MR komandası IV yeri tutmuşdur. İdmançılar Azərbaycan Güləş Federasiyasının və  Naxçıvan Muxtar Respublikası Güləş  Federasiyası tərəfindən diplom, medal, qiymətli hədiyyələr və pul mükafatları ilə mükafatlandırılmışlar.          

        30-31 iyul 2012-ci il tarixdə Azərbaycan Respublika Prezidenti İlham Əliyevin “Milli Olimpiya Komitəsinə”nə prezident seçilməsinin 15 illiyinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir.I, II, III yeri tutmuş idmançılar Naxçıvan şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilmişlər.

       07-08 sentyabr 2012-ci il tarixdə “İdman ili” ilə əlaqədar kadetlər arasında sərbəst güləş üzrə Naxçıvan şəhər  açıq turniri keçirilmişdir. Qalib gəlmiş idmançılar diplomlarla təltif olunmuşlar.

        13 oktyabr 2012-ci il tarixdə “Müstəqillik Günü” ilə əlaqədar cüdo üzrə kiçik yaşlı yeniyetmələr arasında Naxçıvan şəhər birinciliyi keçirilmişdir.Qalib idmançılar fəxri fərmanlarla mükafatlandırılmışlar.

        20-25 oktyabr 2012-ci il tarixdə sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhərində keçirilmiş yeniyetmələr arasında “Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun” xatirəsinə həsr olunmuş turnirdə Məmmədov Təbriz Eyvaz oğlu və gənclər arasında ”Hünər meydanı” turnirində Hacıyev Hüseyn Nəcəf oğlu III yerləri tutmuşlar.

        14-15 noyabr 2012-ci il tarixdə “Milli Dirçəliş Günü”-nə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə yeniyetmələr arasında Naxçıvan şəhər  birinciliyi keçirilmişdir.

      03-05 dekabr 2012-ci il tarixdə Tovuz rayonunda  sərbəst güləş üzrə,   07-09 dekabr 2012-ci il tarixdə isə Balakən rayonunda yunan-roma güləşi üzrə Məktəblilərin V Respublika Oyunlarında sərbəst güləş üzrə 52 kq çəki dərəcəsində Haqverdiyev Əli II yeri, 29 kq çəki dərəcəsində Zeynalov Bağır III yeri, yunan-roma güləşi üzrə 42 kq çəki dərəcəsində Nadirov Şükür III yerləri tutmuşlar. İdmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə mükafatlandırılmışlar.

        Ümumilikdə 2012-ci il ərzində Naxçıvan Muxtar Respublika idmançıları 1 beynəlxalq turnirdə, 4 Azərbaycan birinciliklərində, 2 Respublika turnirində, 2 Naxçıvan Muxtar Respublika birinciliyində və 6 Azərbaycanın milli və dövlət bayramları ilə əlaqədar daxili birinciliklərdə iştirak etmişlər.