Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

2003-il üçün hesabat

06-07 yanvar Şəhid Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynalxalq turnirdə Əhmədov Baxşəli II yeri tutmuşdur.

     22-26 yanvar sambo üzrə Azərbaycan birinciliyində Məmmədov Samir I yerə çıxmışdır. Həmzəyev Ərşad, Cəfərov Orxan II yeri, Quliyev Orxan III yeri tutmuşdur.

     06-09 fevral cüdo üzrə Azərbaycan birinciliyində Cəfərov Orxan 90 kq çəki dərəcəsində II yerə layiq görülmüşdür.

    Mart ayında sərbəst güləş üzrə gənclər arasında Azərbaycan birinciliyində Əhmədov Baxşəli II yeri, Əliyev Orxan III yeri tutmuşdur.

    15-18 may gənclər arasında sambo üzrə Avropa birinciliyində Məmmədov Samir  III yeri tutmuşdur.

    May ayında yeniyetmələr arasında Azərbaycan Respublika birinciliyində  Rzayev Elçin 58 kq çəki dərəcəsində I yeri tutmuşdur

    İyul ayında Azərbaycan Sambo Federasiyasının Kuboku uğrunda yarışda Cəfərov Orxan və Həmzəyev Ərşad II yerləri tutmuşlar.

    23-25 dekabr sərbəst güləş üzrə kişilər arasında Azərbaycan çempianatında İsmayılov Mahir III yeri tutmuşdur.