Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

2002-ci il üçün hesabat

09-10 aprel sərbəst güləş üzrə, 11-12 aprel cüdo üzrə, 18-19 aprel sambo üzrə Naxçıvan Muxtar Respublika birincilikləri keçirilmişdir.

    May ayında Ulu öndər Heydər Əliyevin 79-cu ildönumünə həsr olunmuş turnir keçirilmişdir.

    May ayında yeniyetmələrin Respublika oyunlarında sərbəst güləş üzrə Rzayev Elçin 50 kq çəki dərəcəsində I yeri, sambo üzrə Tağıyev Tural 73 kq çəki dərəcəsində I yeri, Quliyev Orxan 68 kq çəki dərəcəsində II yeri, Məmmədov Tahir,Cəfərov Orxan, Vəliyev Əhsən III yerləri tutmuşlar.

    30-31 may Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş beynəlxalq turnirdə Məmmədov Məmmədəli II yeri tutmuşdur.

    26-28 iyul Azərbaycan Sambo Federasiyasnın kuboku uğrunda üç idmançımız Məmmədov Tahir, Həmizəyev Ərşad , Məmmədov Məmmədəli II yerləri tutmuşlar.

    01-04 avqust Əhmədov Baxşəli və Rzayev Elçin Litvanın Vilnyus şəhərində Avropa birinciliyində iştirak etmişlər.

    01-03 noyabr Bakı şəhərində tələbələrin unversiyadasında cüdo üzrə Fətullayev Azər, Həmzəyev Ərşad III yerləri tutmuşlar.

    07-08 dekabr sərbəst güləş üzrə tələbələrin unversiyadasında Əliyev Məmməd, Məmmədov Samir II yerləri, Qasımov Sadiq III yeri tutmuşdur.

    09-11 dekabr sərbəst güləş üzrə Naxçıvan MR idmançıları ilə İİR-nın Urmiya şəhəri ilə yoldaşlıq görüşü keçirmiş 10:2 hesabı ilə Naxçıvan komandası qalib gəlmişdir.