Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

2008-ci il üçün hesabat

23-27 yanvar 2008-ci il tarixdə muxtar respublika idmançıları Bakı  şəhərində keçirilmiş sambo üzrə  kişilər arasında Azərbaycan çempionatında iştirak etmiş 1 nəfər idmançımız Məmmədov Samir III yeri tutmuşdur.

14-16 mart 2008-ci il tarixdə yeniyetmələr arasında sərbəst güləş üzrə Azərbaycan birinciliyində muxtar respublikadan 3 idmançı iştirak etmiş və  Abbasov Kazım 74 kq çəki dərəcəsində I yerə layiq görülmüş və Azərbaycan  yığma komandasının tərkibinə daxil edilmişdir.

     15-17 mart 2008-ci ildə Azərbaycanın əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr edilmiş sambo üzrə respublika turnirində  Məmmədov Yadigar 55 kq çəki dərəcəsində, Məmmədli Afət 73 kq çəki dərəcəsində I yerləri tutmuşlar.

     05-06 may 2008-ci il tarixdə ənənəvi olaraq Ümummilli lider Heydər Əliyevin 85 illik yubleyi münasibəti ilə yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.  Yarışın qalibləri federasiyanın diplom, medal və kubokları ilə mükafatlandırılmışlar.

     18-19 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar “İlhamla irəli” devizi altında kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.Qaliblər federasiyanın diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

      18-21 dekabr 2008-ci il tarixdə sərbəst güləş üzrə Azərbaycan çempionatında  Əliyev Yaşar  II yerə layiq görülmüşdür.

Beləliklə idmançılarımız 2008-ci ildə Azərbaycan Respublika yarışlarında 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmışlar.