Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

2010-cu il üçün hesabat

Yanvar 2010-cu il tarixdə muxtar respublika idmançıları sərbəst güləş üzrə   İran İslam Respublikasının Xoy şəhərinin idmançıları ilə yoldaşlıq görüşü keçirmiş və Naxçıvan idmançıları 12:5 hesabı ilə qələbə qazanmışlar.

          10 aprel 2010-cu il tarixdə ”Narkomaniyaya yox deyək, həmişə sağlam olaq ” devizi altında Naxçıvan şəhər açıq birinciliyi keçirilmiş və qalib idmançılar diplom və hədiyyələrlə mukafatlandırılmışlar.

     07-08 may 2010-ci il tarixdə Güləş Federasiyası ənənəvi olaraq Ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr edilmiş sərbəst güləş üzrə  Naxçıvan MR birinciliyi keçirmiş və qalib idmançılar Güləş Federasiyasının qiymətli hədiyyələri  ilə təltif edilmişlər.

     Həmçinin il ərzində dəfələrlə Təhsil İdman Mərkəzi,  Şərur rayonu, Babək rayonu və Naxçıvan şəhər UGİM-nin idmançıları ilə yoldaşlıq görüşləri  keçirilmişdir.