Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

2004-cü il üçün hesabat

21-25 yanvar  sambo güləşi üzrə Azərbaycan birinciliyində 5 idmançımız mükafatçılar sırasında olmuşlar. Məmmədov Valeh I yer, İsmayılov Əli II yer Fətullayev Azər, Həsənov Emin, Rzayev Çingiz III yerləri tutmuşlar.

     09-10 fevral Naxçıvan idmançıları ilə İİR-nın Neka şəhəri ilə yoldaşlıq görüşü keçirilmiş və 11:6 hesabı ilə Naxçıvan idmançılarının qələbəsi ilə başa çatmışdır.

     04-08 fevral cüdo üzrə Azərbaycan birinciliyində Cəfərov Orxan II yerə çıxmışdır.

     26 mart -02 aprel federasiya  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə sərbəst güləş, cüdo və sambo üzrə yeniyetmələrin IV Respublika Oyunlarının zona birinciliyini keçirmişdir.

     05-06 may Umummilli lider Heydər Əliyevin anadan olmasının 81 illiyinə həsr olunmuş cüdo üzrə xatirə turniri keçirilmişdir.

     May ayında Bakı şəhərində Yeniyetmələrin IV Respublika Oyunlarında cüdo üzrə İsmayılov Əli II yeri, sambo üzrə Məmmədov Ramiq II yeri, yunan-roma üzrə Həsənov Rəşad III yerləri tutmuşlar.