Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

2007-ci il üçün hesabat

24-28 yanvar sambo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində Qəhrəmanov Ələkbər II yeri, Cabbarov Etibar III yeri, gənclər arasında Kərimov Əli, Seyidov Ağamoğlan və Cəfərov Ruslan III yerləi tutmuşlar. Həmçinin kişilər arasında Məmmədov Samir III yerə layiq görülmüşdür.

     Fevral ayında sərbəst güləş üzrə İran İslam Respublikasının Urmiya şəhərində 8 komandanın iştirakı ilə keçirilən beynəlxalq turnirdə 2 idmançımız  I yeri , 1 idmançımız isə II yeri tutmuşlar.

Bundan əlavə  İran İslam Respublikasının Urmiya şəhərində cüdo üzrə keçirilən turnirdə 6 nəfər idmançımız mukafatçılar sırasında olmuşlar.

     10-11 may tarixdə Ümummili lider  Heydər Əliyevin 84-cü ildönümünə  həsr olunmuş sərbəst güləş  üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

     Naxçıvan MR Güləş Federasiyası 18-19 oktyabr 2007-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin mükafatı uğrunda sərbəst güləş üzrə gənclər arasında Respublika birinciliyi keçirmişdir.Bu yarışda I, II, III yerləri tutmuş idmançılar federasiyanın diplom və medalları ilə mükafatlandırılmışlar. Həmçinin  I yerə çıxmış komanda  kubok ilə təltif edilmişdir.