Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

2013-cü il üçün hesabat

18-19 yanvar 2013-cü il tarixlərdə “ 20 yanvar şəhidlərinin xatirəsinə” həsr olunmuş cüdo üzrə Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilmişdir.          

        15-16 fevral 2013-cü il tarixlərdə “Xocalı soyqırımına” həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr arasında Naxçıvan şəhər birinciliyi kecirilmişdir.

         Fevral ayında   Bakı şəhərində keçirilmiş “Şəhid Müşviq İsayevin” xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnirdə  Məmmədov Təbriz Eyvaz oğlu 63 kq cəki dərəcəsində II yerə layiq görülmüşdür.

         01-02  mart 2013 –cü il tarixlərdə “ 05 mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmiş və qalib gəlmiş idmançılar qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılmışlar.

        04 -07 mart 2013-cü il tarixlərdə sərbəst güləş üzrə “Olimpiyaçılar aramızda” Respublika turnirində Məmmədov Əmrah III yeri tutmuşdur.

       22-26 aprel 2013-cü il tarixlərdə Balakən rayonunda sərbəst güləş üzrə Məktəblilərin VI Respublika Oyunlarında 42 kq çəki dərəcəsində Sadıqov Əyyub I , 38 kq çəki dərəcəsində Qocəliyev Nihad və 50 kq çəki dərəcəsində Əhmədov Qoca III yerləri tutmuşlar.

03-05 may 2013-cü il tarixlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş yunan-roma güləşi üzrə “Naxçıvan Kuboku” uğrunda Beynəlxalq turnir kecirilmişdir.Bu yarışda 6 ölkədən 8 komanda iştirak etmişdir.Yarışda Naxçıvan komandası I, Azərbaycan komandası II, Gürcüstan komandası III yerləri tutmuşlar.

17-20 may 2013-cü il tarixlərdə Bakı şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində Məmmədov Təbriz II yeri tutmuşdur.

24-26 may 2013-cü il tarixlərdə Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi vəTəhsil Nazirliyi birgə sərbəst güləş üzrə gənclər arasında Naxçıvan MR birinçıliyi keçirmişdir.Qalib idmançılar diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

13-14 iyun 2013-cü il tarixlərdə Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası “Milli Qurtuluş Günü”nə həsr olunmuş cüdo üzrə kadetlər və yeniyetmələr arasında muxtar respublika turniri keçirmişdir. Qalib idmançılar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

         10-13 oktyabr 2013-cü il tarixlərdə Bakı şəhərində “Olimpiya Oyunlarının Gümüş mükafatçısı R.Məmmədbəyov”un xatirəsinə keçirilmiş Respublika seçim turnirində sərbəst güləş üzrə 63 kq çəki dərəcəsində Məmmədov Təbriz I yerə, yunan-roma güləşi uzrə Güləliyev Rüfət 76 kq çəki dərəcəsində III yerə layiq görülmüşlər.

         19-21 oktyabr 2013-cü il tarixlərdə Balakən rayonunda Məktəblilərin VI Respublika oyunlarının seçim turnirində 45 kq çəki dərəcəsində Sadıqov Əyyub I yeri tutmuşdur.

         01-02 noyabr 2013-cü il tarixlərdə “ 9 noyabr Dövlət Bayraq Günü” münasibəti ilə əlaqədar cüdo üzrə UGİM-nin acıq turniri keçirilmişdir.

       27-30 noyabr 2013-cü il tarixlərdə Balakən rayonunda Məktəblilərin VI Respublika Oyunlarının final mərhələsində  52 kq cəki dərəcəsində Əsgərov Kəramət II, 32 kq çəki dərəcəsində Zeynalov Sənan və 48 kq çəki dərəcəsində Sadiqov Əyyub III yerləri tutmuşlar.