Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

2006-cı il üçün hesabat

Yanvar ayında sərbəst güləş üzrə Azərbaycan çempionatında Əhmədov Baxşəli I yeri tutmuşdur.

    Güləş Federasiyası  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə 07-08 aprel sambo üzrə, 12-14 aprel  sərbəst güləş üzrə, 19-   20 aprel cüdo  üzrə yeniyetmələrin Muxtar Respublika  zona birinciliyini keçirmişdir.

    May ayında Bakı şəhərində yeniyetmələrin V Respublika Oyunlarında cüdo üzrə Məmmədov Ramiq I yerə, Əliyev Zamiq II yerə , Bağırov Söhrab III yerə çıxmışlar. Sambo üzrə Qəhrəmanov Şahin I yeri tutmuşdur. Yunan-roma üzrə isə Abdullayev Elməddin I yerə, Qəribov Kamran II yerə layiq görülmüşlər.

    İyun ayında “Milli Qurtuluş Günü”nə həsr olunmuş sambo və sərbəst güləş üzrə turnirlər keçirilmişdir.

    10-13 noyabr sərbət güləş üzrə Gəncə şəhərində Əməkdar məşqçi İsak Cəfərovun xatirəsinə həsr olunmuş Respublika turnirində İsgəndərov Faiq II yerə çıxmışdır.