4 fevral 2023-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2 Fevral-Gənclər Günü münasibətilə 2009-2011-ci il təvəllüdlü oğlan və qız idmançılar arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Çıxış edənlər gənclər günü haqqında idmançılara geniş məlumat vermiş və idmançılara qalibiyyət sevinci arzulamışlar. Naxçıvan Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birincilikdə 10 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı iştirak etmişdir. Yekun nəticəyə görə, oğlanlar arasında Əsgər Yaqublu 30 kq, Elvin Cəfərov 34 kq, Əliislam Səfərli 38 kq, Sinan Məhərrəmli 42 kq, Vüsal Abbasov 46 kq, Rauf Cəfərov 50 kq, Məhəmməd Mədətli 55 kq, Asim Əliyev 66 kq, qızlar arasında isə Ləman Bağırova 28 kq və Nailə Mustafazadə 48 kq çəki dərəcələrində birinci yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar idarənin diplomu, federasiyanın isə medalları ilə təltif olunmuşlar.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Yanvarın 9-da Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.
Bakı şəhərində milli güləş üzrə yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionatı keçirilib.
Naxçıvan güləş məktəbinin yetirməsi Dadaş Dadaşzadə 86 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançı yarışı bürünc medalla tamamlayıb.
İclasa sədrlik edən gənclər və idman naziri Ramil Hacı gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Çıxış zamanı ölkə idmanı dahi siyasətçinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini və nəticədə Azərbaycanın nüfuzlu idman ölkələrindən birinə çevrildiyini deyən nazir dövlət idman siyasəti istiqamətində həyata keçirilən işlər barədə danışıb. Qeyd olunub ki, nazirlik 2022-ci ilin ötən dövrü ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə 247 tədbir keçirmiş, eyni zamanda Naxçıvan idmançıları ölkə səviyyəli yarışlarda 216, beynəlxalq turnirlərdə 63, Avropa çempionatında 33, dünya çempionatında 2, dünya kubokunda 2 medal olmaqla, 316 medal qazanıblar. Medallardan 131-i qızıl, 77-si gümüş, 108-i isə bürüncdür.
İclasın gündəliyində olan əsas məsələnin Güləş Federasiyasına yeni sədrin seçilməsi olduğunu vurğulayan Ramil Hacı bildirib ki, 2002-ci ildə yaradılan federasiyanın hazırda yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələri mövcuddur. Muxtar respublikanın bütün şəhər və rayonlarında olmaqla, ümumilikdə, 71 qrup üzrə 1323 idmançı bu sahədə aktiv fəaliyyətdədir. Ölkə və beynəlxalq arenalarda müəyyən uğurlu nəticələrin, ümumi fəaliyyət istiqamətlərində irəliləyişlərin olmasına baxmayaraq, bu sahənin inkişafı ilə bağlı yüksək potensiallardan daha səmərəli istifadə edilməlidir. Dövlətimiz tərəfindən yaradılan şərait düzgün dəyərləndirilməli, yeni təklif və fikirlər paketi hazırlanmalıdır. Azərbaycan Güləş Federasiyası və Azərbaycan Cüdo Federasiyası ilə qurulan əməkdaşlıq əlaqələri daha da yüksəldilməli, ölkə və beynəlxalq təcrübələr sınaqdan keçirilməlidir. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi digər aidiyyəti qurumlar kimi Güləş Federasiyası ilə əməkdaşlıq əlaqələrinə önəm verir, bu sahənin inkişafı üçün növbəti işləri həyata keçirməyə daim hazırdır.
Federasiyanın sədr müavini Faiq İsgəndərov federasiyanın cari ildəki fəaliyyəti barədə hesabat xarakterli məlumatı diqqətə çatdırıb.
Hesabat-seçki yığıncağında federasiyaya yeni sədr kimi Faiq İsgəndərovun namizədliyi təklif olunub. Təklif səsə qoyulub və yekdilliklə qəbul edilib. Faiq İsgəndərov minnətdarlığını ifadə edərək etimadı layiqincə doğrultmaq üçün federasiya kollektivi ilə birgə maksimum çalışacağını, bu sahədəki öhdəliklərin uğurlu icrası istiqamətində səylə fəaliyyət göstərəcəyini bildirib.
Gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi oxunub və səs çoxluğu ilə təsdiq olunub.
Ramil Hacı bildirib ki, muxtar respublika idmanının inkişafı ilə bağlı gələcək gözləntilər nəzərə alınmaqla qarşıda mühüm vəzifələr dayanır. O, ümid etdiyini vurğulayıb ki, aradakı birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqlar yerinə yetiriləcək, yeni uğurlar əldə olunacaq.