Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Ordubadda cüdo turniri - "Heydər Əliyev - 100"

Dəstə kənd mərkəzində "Heydər Əliyev İli" ilə əlaqədar olaraq cüdo üzrə açıq birincilik keçirilib. Açıq hava şəraitində reallaşan yarışda Naxçıvan şəhəri, Ordubad, Şərur və Culfa rayonlarından ümumilikdə 110 idmançı qüvvəsini sınayıb. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı uğrundakı fəaliyyəti və idmana olan qayğısından bəhs ediblər. Qeyd olunub ki, dahi azərbaycanlının həyat və fəaliyyəti hər birimiz üçün, xüsusilə də yetişməkdə olan gənc nəsil üçün örnəkdir.
Görüşlər birinciliyin reqlamentinə uyğun olaraq 3 yaş kateqoriyasında 14 çəki dərəcəsi üzrə keçilib.
Nəticələrə gəlincə, 2006-2008-ci il təvəllüdlülər arasında Qurban Məmmədli (46 kq), Mirismayıl Seyidov (50 kq), İlham Məmmədli (55 kq) Məhəmməd Şaxtaxtinski (60 kq), İsa Əliyev (66 kq), 2009-2011-ci il təvəllüdlülər arasında Ümid Vəliyev (34 kq), Yusif Nağıyev (38 kq), Yusif Əsədli (42 kq), Ümid Əliyev (46 kq), Sadiq Rzazadə (50 kq), Arif Cabbarov (60 kq), 2012-2014-ci il təvəllüdlülər arasında isə Ziya Əsədli (22 kq), İbrahim Məmmədov (24 kq), Hikmət İsmayıllı (27 kq), Davud Məmmədzadə (30 kq), Cəsur Cəfərov (38 kq), Yusif Hüseynli (42 kq) birinci yerə layiq görülüblər. Əlavə olaraq həvəsləndirmə məqsədi ilə bir neçə qız idmançı arasında da dostluq görüşü təşkil olunub.
İcra Hakimiyyəti ilə Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunan yarışın sonunda ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıb.
 

“Heydər Əliyev İli” ilə əlaqədar yarış keçirilib

18 mart 2023-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” ilə əlaqədar kiçikyaşlı yeniyetmələr (2012-2013-cü illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birinciliyin açılış mərasimində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov və Naxçıvan Güləş Federasiyasının sədri, əməkdar məşqçi Faiq İsgəndərov çıxış edərək Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışlar. Naxçıvan Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 8 çəki dərəcəsi üzrə 40 idmançı iştirak etmişdir. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Ramazan Məmmədli 23 kq, Fuad İsgəndərli 26 kq, Qəhrəman Qəhrəmanov 29 kq, Yasin Məmmədzadə 32 kq, Elnur Babayev 35 kq, Natiq Məmmədov 38 kq, Kənan Əlizadə 42 kq və Ramal Bağırov 47 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplom və medalları ilə mükafatlandırılmışlar.

 

 

 

Naxçıvan güləşçilərindən uğurlu nəticələr

Bakıda Əməkdar məşqçi Minbudaq Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kadetlər arasında respublika turniri keçilib. Naxçıvan Güləş Federasiyasından 2 məşqçinin rəhbərliyi ilə 10 idmançımız yarışda iştirak etmək imkanı qazanıb. Onlardan üçü mükafatçılar sırasına düşməyi bacarıb.

Təmsilçilərimizdən Sadiq Kərimov 52 kq, Tuqay Qəhrəmanlı 48 kq, Ələkbər Əsgərov isə 32 kq çəki dərəcəsi üzrə fərqlənib. Hər üç idmançımız öz çəkisində üçüncü yerə layiq görülüblər. Bununla da Naxçıvan güləşçiləri turniri 3 bürünc medalla tamamlayıb.
 

 

 

 

Güləş üzrə muxtar respublika birinciliyi yekunlaşıb

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə muxtar respublikamızda silsiləvi idman tədbirləri təşkil olunur. Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən İlham Əliyev adına Olimpiya İdman Kompleksində bu münasibətlə yeniyetmələrin (2006-2008-ci il təvəllüdlülər) sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib. Yarışda 10 çəki dərəcəsi üzrə 76 idmançı qüvvəsini sınayıb.

Nəticələrə əsasən Suat Məmmədov (45 kq), Eltun Nəcəfov (48 kq), Sadiq Kərimov (51 kq), Ayxan Bağırov (55 kq), Əmrə Ağayev (60 kq), Məhəmmədəli Rəsulov (65 kq), Eldar Abdullayev (71 kq), Elxan Əhmədov (80 kq), Süleyman Məmmədov (92 kq) və Cəfər Heydərov (110 kq) öz çəki dərəcələrində qalib olublar.
Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası tərəfindən birgə təşkil olunan yarışın sonunda ilk üçlük diplom və medallarla təltif edilib.
Mükafatları gənclər və idman naziri Ramil Hacı, nazir müavini Məcid Seyidov və federasiya sədri, Əməkdar məşqçi Faiq İsgəndərov təqdim ediblər.
 

 

 

 

İdmançımız mükafatçısılar sırasında

Bakı İdman Sarayında sambo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı və birincilikləri keçirilib.

Naxçıvan Güləş Federasiyasının idmançısı Məhəmməd Əlili yarışda uğurla iştirak edərək Azərbaycan birinciliyinin medalçısı olub. İdmançı əvvəlcə yeniyetmələrin yarışında 98 kq çəki dərəcəsi üzrə 2-ci yerə sahib çıxıb. Yarışın reqlamentinə uyğun olaraq gənclər arasında da gücünü sınamaq imkanı əldə edən Məhəmməd bu dəfə 3-cü yerlə kifayətlənib. Bu nəticələrlə idmançımız ümumilikdə 1 gümüş və 1 bürünc medal qazanıb.