"Heydər Əliyev İli” ilə əlaqədar İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2012-2014-cü il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Güləş Federasiyası, Gənclər və İdman İdarəsi və İlham Əliyev adına Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ile reallaşan yarış ümummilli llider Heydər Əliyevin xatirəsini yad etmək, idmançıların sağlam ruhda böyüməsinə şərait yaratmağ məqsədinə xidmət edib
Yarışda 9 çəki dərəcəsi üzrə 50 idmançı mübarizə aparıb. Nəticələrə əsasən qızlar arasında Ləman Bağırova 28 kq, oğlanlar arasında Əhməd Rəcəbli 23 kq, Amin Quliyev 27 kq, Yusif Əhmədli 30 kq, Nail Əkbərov 34 kq, Rauf Hacızadə 38 kq, Kənan Hüseynzadə 42 kq, İsmayıl Şükürlü 46 kq və Mehdi Yaqublu 46+ kq çəki dərəcələrində birinci yerə layiq görülüblər.