Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yekun iclası

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr və ilin yekunu ilə bağlı yığıncaq olmuşdur.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edərək demişdir ki, 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilmiş, qarşıya mühüm vəzifələr qoulmuşdur. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası da fəaliyyətini müşavirədə verilən tapşırıqların icrası istiqamətində qurur. Hazırda federasiyanın tərkibində yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə qruplar fəaliyyət göstərir. Naxçıvan şəhərində, Şərur və Şahbuz rayonlarında yaradılmış bölmələrdə, ümumilikdə, 103 qrupda 1399 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir. Ötən müddətdə federasiya tərəfindən güləş idman növlərinin inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən sərbəst güləş, yunan-Roma, cüdo və sambo idman növləri üzrə muxtar respublika, şəhər və rayon birincilikləri və çempionatları təşkil olunmuşdur. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilmişdir. Belə ki, federasiya idmançılarının ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirdə, 23 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyində və İran İslam Respublikasının Miyanduab şəhərində keçirilən beynəlxalq turnirdə, gənclər arasında cüdo idman növü üzrə Azərbaycan birinciliyində, Bakı şəhərində sərbəst güləş üzrə paytaxt birinciliyində, Türkiyə Respublikasının Samsun şəhərində və İran İslam Respublikasında cüdo üzrə təlim məşq toplantısında və beynəlxalq turnirlərdə iştirakları təmin edilmişdir. Ümumilikdə 2018-ci ildə güləş idman növləri üzrə idmançılar 5 beynəlxalq, 7 ölkə və 2 muxtar respublika birinciliklərində, milli və dövlət bayramları ilə əlaqədar 20 daxili birincilikdə iştirak etmişlər. Azərbaycan birinciliklərində 9, beynəlxalq turnirlərdə 7-si birinci yer olmaqla 31 medal qazanmışlar.

Qeyd olunmuşdur ki, 2018-ci ilin mart, sentyabr və noyabr aylarında Azərbaycan Cüdo Federasiyasının tanınmış məşqçi-müəllimləri muxtar respublikaya dəvət edilmiş, Naxçıvan Muxtar Respublikasının məşqçi-müəllim və idmançılarına seminar-treninqlər keçirilmişdir. Federasiyanın məşqçi-müəllim və idmançıları muxtar respublikada keçirilən tədbirlərdə yaxından iştirak etmiş, qrafikə uyğun olaraq muxtar respublikadakı muzeylərə gəzintiləri, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzində yay məktəbi təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə nazirliyə və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına tapşırıqlar verilmişdir. Həmin tapşırıqlara uyğun olaraq 2019-cu ildə bir sıra tədbirlər həyata keçiriləcək, idmanın kütləviliyinə nail olunacaq, ölkə səviyyəli və beynəlxalq yarışlarda muxtar respublika idmançılarının iştirakı təmin ediləcəkdir. Qeyd olunmuşdur ki, 2018-ci ildə nazirlik kütləvi bədən tərbiyəsi və idman sahəsində 330 tədbir keçirmişdir ki, bunlardan 3-ü beynəlxalq, 55-i muxtar respublika, 220-si isə rayon, şəhər miqyaslı tədbirlər, yoldaşlıq görüşləri olmuşdur. Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 105, beynəlxalq miqyaslı turnirlərdə 84, dünya səviyyəli yarışlarda 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 1 medal olmaqla, ümumilikdə 195 medal qazanmışlar. İdmanın ən qədim növlərindən biri olan güləş idman növü ötən il Naxçıvan Muxtar Respublikasının idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olmuşdur.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2018-ci ildə görülən işlər barədə məlumat vermişdir.

Güləş Federasiyasının məşqçi-müəllimi Seymur Məmmədov və idmançı Hüseyn Əhmədli çıxış edərək bildirmişlər ki, muxtar respublikamızda idmanın bütün növləri kimi, güləş idman növü də öz inkşaf dövrünü yaşayır. Son illərdə bu idman növünə gənclərin, xüsusən də azyaşlı uşaqların marağı artmaqdadır. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada istifadəyə verilən uşaq-gənclər idman məktəbləri, idman obyektləri bu sahədə kütləviliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hazırda muxtar respublikamızda beynəlxalq və ölkə miqyaslı idman yarışlarının, genişmiqyaslı təlim-məşq toplantılarının keçirilməsi üçün hərtərəfli şərait vardır. Bu da qazanılan idman nəticələrinə öz müsbət təsirini göstərir. Muxtar respublikanın şəhər və rayonlarında güləş bölmələrinin fəaliyyətinin təmin olunması bu idman növünə göstərilən diqqət və qayğının təzahürüdür. Çıxış edənlər federasiyada fəaliyyət göstərən məşqçi-müəllim və idmançılar adında göstərilən diqqətə, yaradılan yüksək şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildirmişlər.

İl ərzində uğur qazanan cüdo üzrə məşqçi Orxan Quliyev, güləş üzrə məşqçilər Ayaz Bağırov və Cavid Salmanlı, cüdo üzrə uğur qazana idmançılar Abbas Məmmədov, Fuad Əşrəfli, güləş üzrə uğur qazanan idmançılar – Hüseyn Əhmədli və Xəzər Abdullayev mükafatlandırılmışlar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə iş planı və keçiriləcək idman tədbirlərin qrafiki təsdiq olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov bildirmişdir ki, federasiya yaradılan şəraitdən səmərəli istifadə edərək dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2019-cu ildə də uğurla icra etməyə çalışacaqdır.

 

 

 

 

Sərbəst güləşçilər şəhər birinciliyində mübarizə aparıblar

22 dekabr 2018-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə yeniyetmələr (2005-2006-cı illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək idmançıları qarşıdan gələn həmrəylik günü və yeni il bayramı münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Daha sonra Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov tədbirin məqsəd və vəzifələri haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışdır. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60-a yaxın idmançı iştirak etmişdir. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa əsasən, Nicat Ocaqquliyev 32 kq, Elmir Zamanov 35 kq, Əlican İlkar 38 kq, Samir Bağırzadə 42 kq, Tuncay Məmmədov 46 kq, Onur Əlizadə 50 kq, Orxan Musayev 54 kq, Mirsadiq Seyidov 58 kq, Kazım İbrahimov 63 kq, Ayxan İsmayılov 69 kq və Uğur Bədəlov 85 kq çəki dərəcələrində I yerlərə layiq görülmüşlər. Hər çəki dərəcəsində yer tutan idmançılara təşkilatçıların diplomları təqdim edilmişdir.

Yoldaşlıq görüşündə "Naxçıvan" komandası qalib gəlib

 

 

 

11 dekabr 2018-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan”-“Şahbuz” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası, Naxçıvan Şəhər və Şahbuz Rayon Gənclər və İdman İdarələrinin birgə təşkil etdiyi görüşdə 10 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı öz qüvvələrini sınamışlar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən görüşün yekununa əsasən “Naxçıvan” komandası 6:4 hesabı ilə qalib gəlmişdir. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.

 

 

 

Açıq birincilik başa çatıb

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə yeniyetmələr (U-18-2002-2004 və U-15-2005-2006-cı illər) arasında keçirilən cüdo üzrə açıq birinciliyə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 2 yaş qrupunda (22 çəki dərəcəsi) 120 idmançı tatami üzərinə çıxıb.

Birinciliyin açılışında çıxış edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Azərbaycan Cüdo Federasiyasının regionlarla iş üzrə sektorunun müdiri Tərlan Poladov və Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə məqsədi haqqında idmançılara ətraflı məlumat verib, iştirakçıları qaydalar haqqında məlumatlandırıblar.

Açıq birinciliyin yekun nəticəsinə əsasən, 2002-2004-cü il təvəllüdlü idmançılar arasında Cəfər Məmmədli (-42 kiloqram, Culfa), Elbrus Qaybalıyev (-46 kiloqram, Naxçıvan), Abbas Məmmədov (-50 kiloqram, Culfa), Murad Hüseynli (-55 kiloqram, Culfa), Fuad Əşrəfli (-60 kiloqram, Naxçıvan), İsmayıl Abbaslı  (-66 kiloqram, Naxçıvan), Rauf Abbasov (-73 kiloqram, Naxçıvan), Elman Zeynalov (-81 kiloqram, Hərbi Lisey), Nihad Əliyev (-90 kiloqram, Şərur) və Səddam Rəhimli (+90 kiloqram, Naxçıvan) qalib adını qazanıblar.

2005-2007-ci il təvəllüdlü idmançılar arasında Səid Seyidov (-30 kiloqram, Naxçıvan), Sami Səfərov (-34 kiloqram, Naxçıvan), Orxan Niftəliyev (-38 kiloqram, Naxçıvan), Elnur Əhmədli (-42 kiloqram, Culfa), Ayxan İsmayılzadə (-46 kiloqram, Şərur), Turan Hümbətov (-50 kiloqram, Naxçıvan), Rüfət Zeynallı (-55 kiloqram, Naxçıvan), Rauf Cabbarlı (-60 kiloqram, Naxçıvan), Vəbud Məmmədli (-66 kiloqram, Culfa) və İsmayıl Fərəcov (+73 kiloqram, Şərur) bütün rəqiblərini məğlub edərək açıq birinciliyin qalibi olublar.

Qızların mübarizəsində isə Aynur Əsgərli (24 kiloqram, Naxçıvan) və Cənnət Əliyeva (28 kiloqram, Naxçıvan) hamıdan güclü olublar.

Sonda hər çəki dərəcəsində ilk üç yerin qalibləri təşkilatçıların diplom və medalları ilə təltif ediliblər.

Cüdo üzrə seminar təşkil olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilər və idmançılar üçün seminar keçirilib.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən seminara muxtar respublikanın perspektivli cüdoçuları və məşqçi-müəllimlər qatılıblar. Azərbaycan Cüdo Federasiyasının regionlarda cüdonun inkişafı sektorunun müdiri, iki qat Avropa çempionu Tərlan Poladov, Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov və federasiyanın Hakimlər Komitəsinin üzvü Valeh Məhərrəmov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prosesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib. Eyni zamanda vurğulanıb ki, bu gün muxtar respublikada cüdonun inkişafı, gənclər arasında sevilməsi və bu növə marağın artırılması üçün hər bir şərait yaradılıb. Mütəmadi olaraq nazirlik və federasiyanın dəvəti ilə muxtar respublikaya məşqçi-müəllimlər dəvət olunur, məşqçilər və idmançılar üçün seminarlar keçirilib.

Sonra mәşqçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu gün 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında açıq birinciliyə start veriləcək.