Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Yoldaşlıq görüşündə "Naxçıvan" komandası qalib gəlib

 

 

 

11 dekabr 2018-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan”-“Şahbuz” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası, Naxçıvan Şəhər və Şahbuz Rayon Gənclər və İdman İdarələrinin birgə təşkil etdiyi görüşdə 10 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı öz qüvvələrini sınamışlar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən görüşün yekununa əsasən “Naxçıvan” komandası 6:4 hesabı ilə qalib gəlmişdir. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.