Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə yeniyetmələr (U-18-2002-2004 və U-15-2005-2006-cı illər) arasında keçirilən cüdo üzrə açıq birinciliyə yekun vurulub.
Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 2 yaş qrupunda (22 çəki dərəcəsi) 120 idmançı tatami üzərinə çıxıb.
Birinciliyin açılışında çıxış edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Azərbaycan Cüdo Federasiyasının regionlarla iş üzrə sektorunun müdiri Tərlan Poladov və Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə məqsədi haqqında idmançılara ətraflı məlumat verib, iştirakçıları qaydalar haqqında məlumatlandırıblar.
Açıq birinciliyin yekun nəticəsinə əsasən, 2002-2004-cü il təvəllüdlü idmançılar arasında Cəfər Məmmədli (-42 kiloqram, Culfa), Elbrus Qaybalıyev (-46 kiloqram, Naxçıvan), Abbas Məmmədov (-50 kiloqram, Culfa), Murad Hüseynli (-55 kiloqram, Culfa), Fuad Əşrəfli (-60 kiloqram, Naxçıvan), İsmayıl Abbaslı (-66 kiloqram, Naxçıvan), Rauf Abbasov (-73 kiloqram, Naxçıvan), Elman Zeynalov (-81 kiloqram, Hərbi Lisey), Nihad Əliyev (-90 kiloqram, Şərur) və Səddam Rəhimli (+90 kiloqram, Naxçıvan) qalib adını qazanıblar.
2005-2007-ci il təvəllüdlü idmançılar arasında Səid Seyidov (-30 kiloqram, Naxçıvan), Sami Səfərov (-34 kiloqram, Naxçıvan), Orxan Niftəliyev (-38 kiloqram, Naxçıvan), Elnur Əhmədli (-42 kiloqram, Culfa), Ayxan İsmayılzadə (-46 kiloqram, Şərur), Turan Hümbətov (-50 kiloqram, Naxçıvan), Rüfət Zeynallı (-55 kiloqram, Naxçıvan), Rauf Cabbarlı (-60 kiloqram, Naxçıvan), Vəbud Məmmədli (-66 kiloqram, Culfa) və İsmayıl Fərəcov (+73 kiloqram, Şərur) bütün rəqiblərini məğlub edərək açıq birinciliyin qalibi olublar.
Qızların mübarizəsində isə Aynur Əsgərli (24 kiloqram, Naxçıvan) və Cənnət Əliyeva (28 kiloqram, Naxçıvan) hamıdan güclü olublar.
Sonda hər çəki dərəcəsində ilk üç yerin qalibləri təşkilatçıların diplom və medalları ilə təltif ediliblər.