Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilər və idmançılar üçün seminar keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən seminara muxtar respublikanın perspektivli cüdoçuları və məşqçi-müəllimlər qatılıblar. Azərbaycan Cüdo Federasiyasının regionlarda cüdonun inkişafı sektorunun müdiri, iki qat Avropa çempionu Tərlan Poladov, Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov və federasiyanın Hakimlər Komitəsinin üzvü Valeh Məhərrəmov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prosesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib. Eyni zamanda vurğulanıb ki, bu gün muxtar respublikada cüdonun inkişafı, gənclər arasında sevilməsi və bu növə marağın artırılması üçün hər bir şərait yaradılıb. Mütəmadi olaraq nazirlik və federasiyanın dəvəti ilə muxtar respublikaya məşqçi-müəllimlər dəvət olunur, məşqçilər və idmançılar üçün seminarlar keçirilib.
Sonra mәşqçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu gün 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında açıq birinciliyə start veriləcək.