Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Sambo birinciliyində qaliblər mükafatlandırılıb

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə  sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında keçirilən sambo üzrə şəhər birinciliyinə yekun vurulub.

     Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 60 idmançı iştirak edib.

     Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Rəhim Qaybalıyev (27 kiloqram), Səid Seyidov (30 kiloqram), Məhəmməd Qasımlı ( 33 kiloqram), Sami Səfərov (36 kiloqram), Əsgər Səfərov (39 kiloqram), Məhəmməd İsayev (42 kiloqram), Nihat Hətəmli (46 kiloqram), Tofiq Nəcəfov (50 kiloqram) və Rauf Cabbarlı (55 kiloqram) çəki dərəcəsində birinci olublar.

     Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla təltif ediliblər.