Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri Bakı şəhərində təşkil olunan birincilikdə iştirak ediblər.
Belə ki, Bərgüşad İdman Klubunun açıq birinciliyində 100-dən çox idmançının mübarizəsində cüdoçumuz uğurlu çıxış edib. +55 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Qalib Qaybalıyev bütün rəqiblərini üstələyərək birinciliyin qızıl medalını qazanıb.
Sonda idmançımız diplom və medalla mükafatlandırılıb.
20 noyabr 2019-cu il tarixdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “17 noyabr-Milli Dirçəliş günü” münasibətilə yeniyetmələr (2005-2007-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək “17 noyabr-Milli Dirçəliş günü” haqqında idmançılara geniş məlumat vermiş və onlara uğur arzulamışdır. Sonra isə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat vermiş və yarışa start verilmişdir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 50-dən çox idmançı öz qüvvələrini sınamışlar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Nicat Ocaqquliyev, Ramil İsmayılov, İlkar Əlican, Elmin Hacıyev, Samir Bağırzadə, Tuncay Məmmədov, Onur Əlizadə, Nihad Yusifov, Fərhat Rzayev, Bayram Allahverdi və Məhəmməd Zeynalov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69, 76 və 86 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə yeniyetmə və gənclər (U-15-2006-2007 və U-18-2003-2005-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək Dövlət Müstəqilliyi Günü münasibətilə idmançıları təbrik edib, onlara qalibiyyət sevinci arzulayıb, yarışın qaydaları haqqında danışıblar.
Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 2 yaş qrupunda 22 çəki dərəcəsi üzrə 120 idmançı iştirak edib.
Naxçıvan şəhər idmançıları ilə yanaşı Şərur, Culfa rayonlarının və Heydər Əliyev adına Hərbi Lisey idmançılarının da iştirak etdiyi açıq birinciliyin yekununa əsasən, qızlar arasında Aylin Məmmədli (22 kiloqram, Naxçıvan), Aynur Əsgərli (25 kiloqram, Naxçıvan), Cənnət Əliyeva (28 kiloqram, Naxçıvan), Sənubər Qurbanova (32 kiloqram, Naxçıvan) və Tərlan Cəfərli (36 kiloqram, Naxçıvan) qalib adını qazanıblar.
2003-2005-ci il təvəllüdlü oğlan idmançılar arasında Orxan Niftəliyev (42 kiloqram, Naxçıvan), Tural Əsgərov (46 kiloqram, Naxçıvan), Yusif Həşimli (50 kiloqram, Culfa), Ənvər Gülmalıyev (55 kiloqram, Naxçıvan), Emil Nəzərov (60 kiloqram, Culfa), Turqay Məmmədov (66 kiloqram, Naxçıvan), Ramil Quliyev (73 kiloqram, Naxçıvan), Emil Quliyev (81 kiloqram, Naxçıvan), Ümid Şirəliyev (+81 kiloqram, Şərur) fəxri kürsün ən yüksək zirvəsinə qalxıblar. 2006-2007-ci illər arasında isə Mirismayıl Seyidli (30 kiloqram, Culfa), Qurban Məmmədli (34 kiloqram, Culfa), Elşad Mirzəyev (38 kiloqram, Şərur), Sami Səfərov (42 kiloqram, Naxçıvan), Elnur Əhmədli (46 kiloqram, Culfa), Nihad Hətəmli (50 kiloqram, Naxçıvan), Tofiq Nəcəfov (55 kiloqram, Naxçıvan) və Məhəmməd Məmmədli (60 kiloqram, Naxçıvan) birinci yerlərə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplom və medalları ilə təltif olunublar.
21-22 sentyabr tarixlərdə cüdo üzrə yeniyetmələr arasında Bərgüşad İdman Klubunun açıq birinciliyi keçirilib.
Birincilikdə iştirak edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Səid Seyidov bütün rəqiblərini məğlub edərək, 38 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb.
Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2007-2008-ci illər) arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 50 idmançı öz qüvvələrini sınayıb.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə Turqay Məmmədli (26 kiloqram), Sinan Rzayev (29 kiloqram), İbrahim Lahıcov (32 kiloqram), Elmir Əsgərov (35 kiloqram), Pərviz Ağayev (38 kiloqram), Kazım Cəfərov (42 kiloqram), Xəzər Abdullayev (46 kiloqram), Elnur Məmmədov (50 kiloqram), Turan Həsənov (53 kiloqram), Elxan Əhmədli (58 kiloqram) və Süleyman Məmmədov (63 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində Ifərqlənən idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.