Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Sambo birinciliyində qaliblər mükafatlandırılıb

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə  sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında keçirilən sambo üzrə şəhər birinciliyinə yekun vurulub.

     Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 60 idmançı iştirak edib.

     Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Rəhim Qaybalıyev (27 kiloqram), Səid Seyidov (30 kiloqram), Məhəmməd Qasımlı ( 33 kiloqram), Sami Səfərov (36 kiloqram), Əsgər Səfərov (39 kiloqram), Məhəmməd İsayev (42 kiloqram), Nihat Hətəmli (46 kiloqram), Tofiq Nəcəfov (50 kiloqram) və Rauf Cabbarlı (55 kiloqram) çəki dərəcəsində birinci olublar.

     Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla təltif ediliblər.

Güləşçimiz beynəlxaq turnirin qalibi olub

 

 

 

Şamaxı Olimpiya-İdman Kompleksində Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə VI açıq Respublika turniri keçirilib. Turnirdə Azərbaycandan, Rusiyadan, Ukraynadan, Gürcüstandan, İrandan, Qazaxıstandan və Qırğızıstandan, ümumilikdə, 300-ə yaxın güləşçi iştirak edib.

Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı Dadaş Dadaşzadə də mübarizə aparıb. İdmançımız 75 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb.

Sonda idmançımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.

 

 

 

Idmançımız birincili olub

 

 

 

Ötən gün Bakı şəhərində sərbəst güləş üzrə paytaxt birinciliyi keçirilib.
Açıq birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Xəzər Abdullayev də mübarizə aparıb. 38 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olub.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.

 

 

 

Məşqçilər və idmançılar üçün seminar

 

 

 

Verilən tövsiyə və tapşırıqlara əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilər və idmançılar üçün cüdo üzrə seminar və təlim-məşq toplanışı keçirilib. 
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər idman məktəbində keçirilən seminara muxtar respublikanın perspektivli cüdoçuları və məşqçi-müəllimlər qatılıblar. Bakı şəhərindən dəvət olunmuş Azərbaycan Cüdo Federasiyasının regionlarda cüdonun inkişafı sektorunun müdiri, 2 qat Avropa çempionu Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesində iştirak ediblər. Mәşqçilәr yeniyetmә cüdoçulara yeni qaydaları nəzəri və praktik olaraq izah ediblər.
Qeyd edək ki, təlim-məşq toplanışı beş gün davam edəcək. Məşqçilər Naxçıvan şəhəri ilə yanaşı, Şərur və Culfa rayonlarında məşqçi-müəllimlər və idmançılar üçün də seminar keçəcəklər.

 

 

 

Cüdoçularımız Türkiyədə 4 medal qazandılar

 

 

 

11-12 avqust 2018-ci il tarixlərdə Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilmişdir. 4 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan) 10 komandanın iştirak etdiyi turnirdə Naxçıvan Muxtar Respublikası cüdo üzrə yığma komandasının 5 üzvü də iştirak etmişdir. Yekun nəticəyə görə Qaybalıyev Qalib Zamin oğlu 42 kq çəki dərəcəsində I yerə, Qaybalıyev Rəhim Vüsal oğlu 22 kq çəki dərəcəsində II yerə, Məmmədov Abbas Hafiz oğlu 50 kq çəki dərəcəsində II yerə, İsayev Cavid Səid oğlu 50 kq çəki dərəcəsində III yerə layiq görülmüşlər. Qaliblərə təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunmuşdur.