Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Şəhər birinciliyinin qalibləri məlum olub

 

 

 

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeni­yetmələr (2002-2004-cü illər) arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 7 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı qüvvəsini sınayıb.
Yekun nəticəyə əsasən Turqay Allah­verdiyev, Uğur Məmmədov, Hüseyn Əhmədli, Fərid Əsgərli, Abbas Nəzər­əliyev, Əli Əlioğlu və Qoca Əhmədov müvafiq olaraq 45, 48, 51, 55, 60, 65 və 71 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara diplomlar verilib.

 

 

 

Sərbəst güləş üzrə birincilik yekunlaşıb

 

 

 

“26 iyun – Silahlı Qüvvələrinin Yaranması Günü”-nə həsr olunmuş yeniyetmələr arasında (2003-2005-ci illər) sərbəst güləş üzrə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin açıq birincilik keçirilib.

Birinciliyin reqlamentinə əsasasən idmançılar 8 çəki dərəcəsində döşək üzərinə çıxıblar. İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbi ilə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkil etdiyi birincilikdə 50-yə yaxın sərbəst güləşçi mübarizə aparıb.

Dünya Güləş Birliyinin qaydalarına uyğun olaraq keçirilən yarışda Nicat Ocaqquliyev(32 kiloqram), Tuncay Məmmədov (38 kiloqram),Ramal  Kələşov (42 kiloqram), Turqay Allahverdiyev (47 kiloqram), Kəramət Xudiyev (53 kiloqram), Yasin Cəfərov (59 kiloqram), Heydər Nəcəfov (63 kiloqram) və Rəvan Bayramov (76 kiloqram) bütün rəqiblərini məğlub edərək birinciliyin qalibi olublar.

Sonda I, II və III yeri tutan idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

 

 

 

Yeniyetmələr arasında cüdo üzrə şəhər birinciliyi keçirilib

İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə yeniyetmələr (2006-2008-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı xalqımızın şanlı tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş, ulu öndərimizin tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz xarakter almışdır. Sonra isə Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulamışdır. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 çəki dərəcəsi üzrə 50 idmançı iştirak etmişdir. Birincilikdə oğlan idmançılar ilə yanaşı qız idmançılarda öz güclərini sınamışlar. Birinciliyin yekununa əsasən, Əliislam Səfərov, Rəhim Qaybalıyev, Səid Seyidov, Seymur Hüseynli, Rza Paşayev, Faiq Məmmədli, Əziz Hacıyev, Rauf Cabbarov və Sadiq Həsənzadə müvafiq olaraq 23, 26, 29, 32, 35, 42, 46, 50 və 50+ kq çəki dərəcələrində, qızlar arasında isə Cənnət Əliyeva 24 kq çəki dərəcəsində I yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.

 

Cüdoçumuz ölkə birinciliyində bürünc medal qazanıb

12-13 iyun 2018-ci il tarixlərdə Sumqayıt Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə 23 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyi keçirilmişdir. Birincilikdə Naxçıvan Muxtar Respublikasının Güləş Federasiyasının idmançısı İsmayılov Abdulla 100 kiloqram çəki dərəcəsində III yerə layiq görülmüş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu və medalı ilə təltif olunmuşdur.

"Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turniri keçirilib

 

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il­dönümünə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi və iki gün davam edən turnirdə 100-dən çox idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.
Yekun nəticəyə əsasən Turqay Allahverdiyev (45 kiloqram), Hüseyn Əhmədli (48 kiloqram), Seymur Qasımov (51 kiloqram), Abbas Nəzərəliyev (55 kiloqram), Muxtar İbrahimov (60 kiloqram), Anar Həsənov (65 kiloqram), Rəvan Bayramov (71 kiloqram), Azər Əliyev (80 kiloqram), Gündüz Məmmədov (92 kiloqram) və Əmrah Behbudov (110 kiloqram) final görüşlərində qələbə əldə edərək turnirin qalibi adını qazanıblar.
Komanda hesabında “Naxçıvan” komandası turnirin qalibi olub. Digər iki pillədə “Babək” və Heydər Əliyev adına Hərbi Liseyin komandaları qərarlaşıblar.
Sonda qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar. 
Mükafatları Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim ediblər.