Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi və iki gün davam edən turnirdə 100-dən çox idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.
Yekun nəticəyə əsasən Turqay Allahverdiyev (45 kiloqram), Hüseyn Əhmədli (48 kiloqram), Seymur Qasımov (51 kiloqram), Abbas Nəzərəliyev (55 kiloqram), Muxtar İbrahimov (60 kiloqram), Anar Həsənov (65 kiloqram), Rəvan Bayramov (71 kiloqram), Azər Əliyev (80 kiloqram), Gündüz Məmmədov (92 kiloqram) və Əmrah Behbudov (110 kiloqram) final görüşlərində qələbə əldə edərək turnirin qalibi adını qazanıblar.
Komanda hesabında “Naxçıvan” komandası turnirin qalibi olub. Digər iki pillədə “Babək” və Heydər Əliyev adına Hərbi Liseyin komandaları qərarlaşıblar.
Sonda qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatları Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim ediblər.