Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Sərbəst güləş üzrə birincilik yekunlaşıb

 

 

 

“26 iyun – Silahlı Qüvvələrinin Yaranması Günü”-nə həsr olunmuş yeniyetmələr arasında (2003-2005-ci illər) sərbəst güləş üzrə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin açıq birincilik keçirilib.

Birinciliyin reqlamentinə əsasasən idmançılar 8 çəki dərəcəsində döşək üzərinə çıxıblar. İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbi ilə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkil etdiyi birincilikdə 50-yə yaxın sərbəst güləşçi mübarizə aparıb.

Dünya Güləş Birliyinin qaydalarına uyğun olaraq keçirilən yarışda Nicat Ocaqquliyev(32 kiloqram), Tuncay Məmmədov (38 kiloqram),Ramal  Kələşov (42 kiloqram), Turqay Allahverdiyev (47 kiloqram), Kəramət Xudiyev (53 kiloqram), Yasin Cəfərov (59 kiloqram), Heydər Nəcəfov (63 kiloqram) və Rəvan Bayramov (76 kiloqram) bütün rəqiblərini məğlub edərək birinciliyin qalibi olublar.

Sonda I, II və III yeri tutan idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.