Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Güləş üzrə yoldaşlıq görüşü

Naxçıvan Şəhər Uşaq-Gənc­lər İdman Məktəbinin idman zalında 2 fevral – Gənclər Günü münasibətilə güləş üzrə yoldaşlıq görüşü keçirilib. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi görüşdə “Naxçıvan” və “Babək” komandalarının güləşçiləri mübarizə aparıblar.
Yarışdan öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, muxtar respublikada gənclər daim diqqət mərkəzindədir. Onların idmana cəlbi, zərərli vərdişlərdən uzaq olmaları üçün tez-tez belə tədbirlər təşkil edilir. 
İdmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar. Daha üstün olan “Naxçıvan” komandasının yetirmələri babəkli həmkarlarını 7:3 hesabı ilə məğlub ediblər.
Sonda qalib komandaya diplom təqdim olunub.

 

Sərbəst güləş üzrə şəhər birinciliyi başa çatıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə idmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar. 
Şəhər birinciliyinin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Canməmməd Canməmmədov və federasiyanın sədr müavini Faiq İsgəndərov bildiriblər ki, muxtar respublikada belə yarışların keçirilməsində əsas məqsəd güləşin ənənələrini inkişaf etdirmək və yeniyetmələr arasında bu növü təbliğ etməkdir. Vurğulanıb ki, son illərdə muxtar respublika idmanına göstərilən diqqət nəticəsində yeni idman obyektləri, idman zalları tikilərək idmançıların ixtiyarına verilib. Bu da istedadlı gənclərin üzə çıxmasında müstəsna roy oynayır.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birincilikdə Tuncay Məmmədov (29 kiloqram), Kənan Qasımov (32 kiloqram), Rəmzi Babayev (35 kiloqram), Hüseyn Əhmədli (38 kiloqram), Abbas Nəzər­əliyev (42 kiloqram), Muxtar İbrahimov (47 kiloqram), Mətləb Talıblı (53 kiloqram), Orxan Ələkbərov (59 kiloqram), Sərdar Tağıyev (66 kiloqram) və Qoca Əhmədov (73 kiloqram) öz çəki dərəcələrində rəqiblərini üstələyərək qalib adını qazanıblar.
Sonda ilk üç pilləni tutan idmançılar diplom və fəxri fərmanlarla təltif olunublar.

 

 

 

 

Güləş Federasiyasında 2015-ci ilin yekunları müzakirə edilib

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları 2015-ci ilin yekunlarına dair iclaslar keçiriblər. Hesabat xarakteri daşıyan iclaslarda il ərzində görülən işlər, keçirilən tədbirlər, həmçinin növbəti ildə qarşıya qoyulan məqsəd və vəzifələr müzakirə olunub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının nəzdində yunan-Roma güləşi, sərbəst güləş, sambo və cüdo bölmələri fəaliyyət göstərir. Geridə qoyduğumuz ilin yekun iclasında federasiyanın sədr müavini Faiq İsgəndərov diqqətə çatdırıb ki, bu müddət ərzində 38 idman tədbiri təşkil edilib. Bu yarışlarda 500-dən çox idmançı mübarizə aparıb və məqsəd milli idman növünü muxtar respublikada təbliğ etmək, gənclər arasında kütləvi hala gətirmək olub.

       Qeyd edilib ki, Naxçıvan MR  Güləş Federasiyası 2015-ci il ərzində  bir sıra yarışlar və tədbirlər keçirmiş və idmançıların müxtəlif səviyyəli yarışlarda iştirakını təmin etmişdir.

         16-17 yanvar 2015-ci il tarixlərdə 20 Yanvar faciəsinin 23-cü ildönümü nə həsr olunmuş kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər turniri keçirilmişdir. Qaliblər diplomlarla təltif olunmuşlar. 

         20-21 fevral 2015-ci il tarixlərdə 26 Fevral Xocalı Soyqırımı Gününün anılması  məqsədiilə yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Qaliblər diplomlarla təltif olunmuşlar.

         05 mart 2015-ci il tarixdə 05-mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. I,II,III yerə layiq görülmüş idmançılar güləş federasiyası tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

         06-07 may 2015-ci il tarixlərdə yunan-Roma və sərbəst güləş üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında Naxçıvan MR birinciliyi keçirilmişdir. I,II,III yerə layiq görülmüş idmançılar qiymətli hədiyyələrlə  mükafatlandırılmışlar.

       19-21 may 2015-ci il tarixlərdə sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhərində yeniyetmələr arasında Azərbaycan birinciliyində  idmançılarımızdan yunan-Roma güləşi üzrə Güləliyev Rüfət Zakir oğlu 76 kq çəki dərəcəsində I yerə ,  Kərimov  Elvin Vidadi oğlu II yerə layiq görülmüşlər.   

       23-24 may 2015-ci il tarixlərdə Bakı şəhərində   ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında Uşaq Gənclər İdman Məktəblərinin Azərbaycan Respublika turnirində  73+ kq çəki dərəcəsində İsmayılov Abdulla Ələddin oğlu II yeri tutmuşdur.

       10-11 iyun 2015-ci il tarixlərdə  15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər turniri keçirilmişdir. Qalib idmançılar diplomlarla mükafatlandırılmışlar.

       12-28 iyun 2015-ci il tarixlərdə  Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Naxçıvan Güləş Federasiyasının yetirməsi Hacı Əliyev sərbəst güləş üzrə III yeri tutmuşdur.

      10-11 iyul 2015- ci il tarixlərdə Yunan- roma güləşi üzrə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altıda kiçik yaşlı yeniyetmələr arasında Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Qalib gəlmiş idmançılar diplomlarla mükafatlandırılmışlar.

       22-23 iyul 2015-ci il tarixlərdə Azərbaycan Güləş Federasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Güləş  Federasiyası ilə birgə təşkil olunmuş sərbəst güləş üzrə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə  həsr olunmuş gənclər arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçirilmişdir. Turnirdə 8 ölkənin idmançıları iştirak etmişlər. Bu yarışda Naxçıvan  Muxtar Respublika idmançıları ayrıca təmsil olunmuşlar. Gərgin mübarizə şəraitində keçən bu yarışda Azərbaycan komandası  I , Rusiya  komandası  II , Gürcüstan komandası III yerə layiq görülmüşdür. Naxçıvan MR komandası V olmuşdur.İdmançılar Azərbaycan Güləş Federasiyasının və  Naxçıvan Muxtar Respublikası Güləş  Federasiyasının diplom, medal, qiymətli hədiyyələri və pul mükafatları ilə mükafatlandırılmışlar.                                                 

      03 avqust 2015-ci il tarixdə  məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədi ilə yunan - Roma güləşi üzrə Naxçıvan şəhər və Ordubad rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Qalib gəlmiş idmançılar diplomlarla mükafatlandırılmışlar.

     21-23 avqust 2015-ci il tarixlərdə Türkiyə Respublikasının Sakarya şəhərində  cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnirdə güləş federasiyasının yetirməsi İsmayılov Abdulla Ələddin oğlu 90+ kq çəki dərəcəsində II yeri tutmuşdur. İdmançımız diplomla və qiymətli hədiyyə ilə mükafatlanmışdır.

    07 sentyabr 2015-ci il tarixdə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında cüdo üzrə Naxçıvan şəhər və Culfa rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Qalib gəlmiş idmançılar diplomlarla mükafatlandırılmışlar.

     12 sentyabr 2015-ci il tarixdə ABŞ-nın Los-Angels şəhərində sərbəst güləş üzrə keçirilən Dünya Çempionatında Naxçıvan güləş federasiyasının yetirməsi Hacı Əliyev I yeri tutmuş, Dünya Çempionu adını qazanmışdır.

       19 sentyabr  2015-ci il tarixdə məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə yeniyetməılər arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Qalib gəlmiş idmançılar diplomlarla mükafatlandırılmışlar.          

      10-11 oktyabr 2015-ci il tarixlərdə Ukraynanın Odessa şəhərində yeniyetmələr arasında cüdo üzrə XII "Avropa" Beynəlxalq turnirində güləş federasiyasının idmançısı Məmmədov Abbas Hafiz oğlu 32 kq çəki dərəcəsində III yeri tutmuşdur.

     19 oktyabr  2015-ci il tarixdə 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Qalib gəlmiş idmançılar diplomlarla mükafatlanmışlar.

26-28 oktyabr 2015-ci il tarixlərdə idmançılarımız sərbəst və yunan-roma güləşləri üzrə Bakı şəhərində keçirilmiş Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirində iştirak etmişlər. İdmançılarımızdan sərbəst güləş üzrə Məcidov İlqar Xudbəddin oğlu II yeri, Qurbanov Rauf Cavanşir oğlu III yeri tutmuşdur.

       06-07 noyabr 2015-ci il tarixlərdə  09 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş kiçik yaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər turniri keçirilmişdir. Qalib idmançılar diplomlarla mükafatlandırılmışlar.

07 noyabr 2015-ci il tarixdə sərbəst güləş üzrə 2 qat Dünya Çempionu Hacı Əliyev İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləş üzrə məşqlərdə iştirak etmiş, bilık və bacarıqlarını gənc güləşçilərə çatdırmışdır.

       10-15 noyabr 2015-ci il tarixlərdə Azərbaycan Güləş Federasiyasının  tanınmış məşqçilər heyəti tərəfindən sərbəst güləş üzrə seminarlar keçirilmişdir. Seminarlarda Olimpiya çempionu Namiq Abdullayev, Beynəlxalq dərəcəli idman ustası Əsgərxan Novruzov, İdman ustası Elşad Allahverdiyev və İdman ustası Rövşən Hacıyev iştirak etmişdir.

       17 noyabr 2015 -ci il tarixdə  17 noyabr - Naxçıvan MR Dövlət Bayrağı Gününə həsr olunmuş Culfa şəhərində cüdo üzrə Naxçıvan şəhər və Culfa rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Qalib gəlmiş idmançılar diplomlarla mükafatlandırılmışlar.

        05 dekabr 2015-ci il tarixdə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında sərbəst güləş üzrə Naxçıvan şəhər və Şərur rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Qalib gəlmiş idmançılar diplomlarla mükafatlandırılmışlar.

     04-06 dekabr 2015-ci il tarixlərdə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 2002-2004-cü il təvəllüdlü  oğlanlar arasında IV şəhərlərarası turnirdə idmançılarımızda iştirak etmişlər.  İdmançılarımızdan  Məmmədov  Abbas  34 kq çəki dərəcəsində, Əşrəfli Fuad 38 kq çəki dərəcələrində III yerə, Musayev Qabil +66 kq çəki dərəcəsində I yerə layiq görülmüşlər.

      26 dekabr 2015- ci il tarixdə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə  kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Qalib gəlmiş idmançılar diplomlarla mükafatlandırılmışlar.

       İl ərzində mütamadi olaraq rayon birincilikləri və federasiya tərəfindən təşkil olunmuş Naxçıvan şəhər komandası ilə Babək, Sahbuz, Şərur və Ordubad rayon komandaları arasında  yoldaşlıq görüşləri keçirilmişdir.         

       Hal-hazırda Güləş Federasiyasında bölmələrdə 1400-dən artıq  idmançı məşğul olur.

 

 

Cüdoçularımızdan uğurlu çıxış

Ötən həftə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə oğlanlar arasında IV şəhərlərarası turnir keçirilib. 2002-2004-cü il təvəllüdlü idmançıların iştirak etdiyi turnirdə Naxçıvan cüdoçuları da mübarizə aparıblar. 
3 gün davam edən turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri 3 medal qazanıblar. 66+ kiloqram çəki dərəcəsində Qabil Musayev bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. 34 kiloqram çəki dərəcəsində Abbas Məmmədov və 38 kiloqram çəki dərəcəsində Fuad Əşrəfli isə turniri bürünc medalla başa vurub.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.

“Naxçıvan” və “Şərur” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü

05 dekabr 2015-ci il tarixdə İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan”-“Şərur” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın keçirilmə məqsədi və vəzifələri haqqında idmançılara geniş məlumat verib və uğurlar diləyiblər.. Yarış Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər və Şərur Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxalq Güləş Federasiyasının mövcüd qaydalarına əsasən keçirilən yoldaşlıq görüşündə 9 çəki dərəcəsində 60 idmançı öz gücünü sınamışdır. 6:3 hesabı ilə “Naxçıvan” komandasının qalib gəldiyi yarışda fərqlənən idmançılara təşkilatçıların diplomları verilmişdir.