Ötən həftə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə oğlanlar arasında IV şəhərlərarası turnir keçirilib. 2002-2004-cü il təvəllüdlü idmançıların iştirak etdiyi turnirdə Naxçıvan cüdoçuları da mübarizə aparıblar.
3 gün davam edən turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri 3 medal qazanıblar. 66+ kiloqram çəki dərəcəsində Qabil Musayev bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. 34 kiloqram çəki dərəcəsində Abbas Məmmədov və 38 kiloqram çəki dərəcəsində Fuad Əşrəfli isə turniri bürünc medalla başa vurub.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.