Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Güləş üzrə yoldaşlıq görüşü

Naxçıvan Şəhər Uşaq-Gənc­lər İdman Məktəbinin idman zalında 2 fevral – Gənclər Günü münasibətilə güləş üzrə yoldaşlıq görüşü keçirilib. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi görüşdə “Naxçıvan” və “Babək” komandalarının güləşçiləri mübarizə aparıblar.
Yarışdan öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, muxtar respublikada gənclər daim diqqət mərkəzindədir. Onların idmana cəlbi, zərərli vərdişlərdən uzaq olmaları üçün tez-tez belə tədbirlər təşkil edilir. 
İdmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar. Daha üstün olan “Naxçıvan” komandasının yetirmələri babəkli həmkarlarını 7:3 hesabı ilə məğlub ediblər.
Sonda qalib komandaya diplom təqdim olunub.