Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Sambo birinciliyində qaliblər müəyyənləşib

 

 

 

İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında sambo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın məqsədi barədə idmançılara geniş məlumat veriblər. 
Birincilikdə 9 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı mübarizə aparıb. Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Məhəmməd Seyidov, Səid Seyidov, Sami Səfərov, Xanpolad Tutayuk, Məhəmməd İsayev, Bulud Əliyev, Faiq Məmmədli, Rauf Cabbarlı və Məhəmməd Əlizadə müvafiq olaraq 23, 26, 29, 32, 35, 38, 42, 46 və 53 kiloqram çəki dərəcələrində birinci yerə layiq görülüblər.
Hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

 

 

 

Cüdoçularımızdan 3 medal

 

 

 

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri cari ildə uğurlu çıxışlarına daha birini əlavə ediblər. 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş cüdo üzrə Şirvan şəhər açıq birinciliyinə yekun vurulub. Birincilikdə muxtar respublikanı 4 cüdoçu təmsil edib.

Üç gün davam edən açıq birincilikdə ən uğurlu nəticəni 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Elsəvər Məmmədov əldə edib. İdmançımız tatami üzərində bütün rəqiblərini məğlub edərək birinciliyin qalibi olub. Qazandığımız digər iki medalın əyyarı isə bürünc olub. Belə ki, 42 kiloqram çəki dərəcəsində Abbas Məmmədov və 60 kiloqram çəki dərəcəsində Səfər Məmmədov birinciliyi üçüncü pillədə başa vurublar.

Sonda idmançılarımıza təşkilatçılar tərəfində diplom və medal təqdim edilib.

 

 

 

Açıq birinciliyə yekun vurulub

 

 

 

"26 iyun - Azərbaycan Silahlı Qüvvələri"nin yaranması gününə həsr olunmuş yeniyetmələr arasında (2004-2006-cı illər) sərbəst güləş üzrə İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin açıq birinciliyi keçirilib. 26, 29, 32, 35, 38, 42, 47, 53, 59, 66 və 73 kiloqram çəki dərəcələrində müvafiq olaraq Namiq Əlizadə, Nicat Ocaqquliyev, Elvin Zamanov, Tuncay Məmmədov, Rəşad Qəmbərov, Fərid Rzayev, Qəmbər Qasımov, Nuruağa Nəcəfov, Heydər Nəcəfov, Ayxan İsmayılov və Nurəddin Əliyev qalib adını qazanıblar. 
Qaliblərə Uşaq-Gənclər İdman Məktəbinin diplomları təqdim olunub.

 

 

 

Şəhər birinciliyində qaliblər mükafatlandırılıb

 

 

 

10 iyun 2017-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə yeniyetmələr (2003-2005-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı xalqımızın şanlı tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş, ulu öndərimizin tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz xarakter almışdır. Sonra isə Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulamışdır. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 çəki dərəcəsi üzrə 60-a yaxın idmançı iştirak etmişdir. Naxçıvan şəhər idmançıları ilə yanaşı Culfa rayon idmançılarının da iştirak etdiyi birinciliyin yekununa əsasən, Sabir Nəcəfzadə (Culfa), Cəfər Məmmədli (Culfa), Sənan Cəfərov (Naxçıvan), Abbas Məmmədov (Culfa), Fuad Əşrəfli (Naxçıvan), Abbas Bayramzadə (Culfa), Məmməd Həsənov (Naxçıvan), İsmayıl Abbaslı (Naxçıvan) və Aqşin Rüstəmov (Naxçıvan) müvafiq olaraq 30, 34, 38, 42, 46, 50, 55, 60 və 66+ kq çəki dərəcələrində birinci yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.

 

 

 

Cüdoçularımızdan uğurlu nəticə

 

 

 

Qobustan Olimpiya İdman Kompleksində “28 May-Respublika Günü”nə həsr olunmuş 2001-2003, 2004-2005-ci (2006) il təvəllüdlü yeniyetmələr arasında keçirilən cüdo üzrə Qobustan rayon açıq birinciliyinə yekun vurulub.

2 gün davam edən birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də iştirak ediblər. İdmançılarımızdan ən uğurlu nəticəni 42 kiloqram çəki dərəcəsində mübarizə Abbas Məmmədov əldə edib. Belə ki, final görüşünə kimi məğlubiyyətsiz irəliləyən cüdoçumuz yalnız həlledici qarşılaşmanı məğlub tərk edib və birinciliyi ikinci pillədə başa vurub. Digər cüdoçumuz Cəfər Məmmədli isə 34 kiloqram çəki dərəcəsində tatamiyə çıxıb. Yeniyetmə idmançımız birincilikdə bürünc medal qazanıb.

Sonda qalib idmançılarımıza təşkilatçıların diplom, medal və hədiyyələri təqdim olunub.