Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri cari ildə uğurlu çıxışlarına daha birini əlavə ediblər. 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş cüdo üzrə Şirvan şəhər açıq birinciliyinə yekun vurulub. Birincilikdə muxtar respublikanı 4 cüdoçu təmsil edib.
Üç gün davam edən açıq birincilikdə ən uğurlu nəticəni 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Elsəvər Məmmədov əldə edib. İdmançımız tatami üzərində bütün rəqiblərini məğlub edərək birinciliyin qalibi olub. Qazandığımız digər iki medalın əyyarı isə bürünc olub. Belə ki, 42 kiloqram çəki dərəcəsində Abbas Məmmədov və 60 kiloqram çəki dərəcəsində Səfər Məmmədov birinciliyi üçüncü pillədə başa vurublar.
Sonda idmançılarımıza təşkilatçılar tərəfində diplom və medal təqdim edilib.