Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Cüdoçularımızdan uğurlu nəticə

 

 

 

Qobustan Olimpiya İdman Kompleksində “28 May-Respublika Günü”nə həsr olunmuş 2001-2003, 2004-2005-ci (2006) il təvəllüdlü yeniyetmələr arasında keçirilən cüdo üzrə Qobustan rayon açıq birinciliyinə yekun vurulub.

2 gün davam edən birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də iştirak ediblər. İdmançılarımızdan ən uğurlu nəticəni 42 kiloqram çəki dərəcəsində mübarizə Abbas Məmmədov əldə edib. Belə ki, final görüşünə kimi məğlubiyyətsiz irəliləyən cüdoçumuz yalnız həlledici qarşılaşmanı məğlub tərk edib və birinciliyi ikinci pillədə başa vurub. Digər cüdoçumuz Cəfər Məmmədli isə 34 kiloqram çəki dərəcəsində tatamiyə çıxıb. Yeniyetmə idmançımız birincilikdə bürünc medal qazanıb.

Sonda qalib idmançılarımıza təşkilatçıların diplom, medal və hədiyyələri təqdim olunub.