Mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan sərbəst güləş üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Birinciliyin son günü maraqlı final qarşılaşmaları ilə yadda qalıb. Sərbəst güləşçilərin mübarizəsində 42 kiloqram çəki dərəcəsində Hüseyn Əhmədli, 46 kiloqram çəki dərəcəsində Seymur Qasımov, 50 kiloqram çəki dərəcəsində Sultan Quliyev, 54 kiloqram çəki dərəcəsində Muxtar İbrahimov, 58 kiloqram çəki dərəcəsində Tağı Tağızadə, 63 kiloqram çəki dərəcəsində Abbas Həsənov, 69 kiloqram çəki dərəcəsində Altay Zeynalov, 76 kiloqram çəki dərəcəsində Azər Əliyev, 85 kiloqram çəki dərəcəsində Talıb Yüzbaşıyev və 100 kiloqram çəki dərəcəsində Novruz Ağazadə bütün rəqiblərini üstələyərək birinci yerlərə layiq görülüblər.
Sonda qaliblərə mükafatlar təqdim olunub.
Mayın 3-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin açılış mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək demişdir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi, idmanın inkişafına da böyük diqqət göstərilmiş, idman və bədən tərbiyəsi dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, müasir idman infrastrukturu yaradılır. Digər idman növləri kimi güləşin inkişafına da hərtərəfli qayğı göstərilir, Azərbaycan güləşçiləri beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Azad Rəhimov “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyini ölkəmizin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, idmançılara uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə start verilməsi münasibətilə tədbir iştirakçılarını salamlamış, idmançılara uğurlar arzulayaraq demişdir: Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, idmana dövlət qayğısı artmış, onun maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Müstəqil Azərbaycan həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmış və olimpiya hərəkatına qoşulmuşdur.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infrastrukturu, o cümlədən Olimpiya-İdman komplekslərinin, idman obyektlərinin, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırmış, istedadlı idmançıların yetişməsini təmin etmişdir. Muxtar respublikada göstərilən dövlət qayğısı nəticəsində idmanın güləş növü ilə məşğul olanların sayı ildən-ilə artır. Azərbaycan güləşçiləri ilə yanaşı, muxtar respublika güləşçiləri də beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında böyük uğurlar qazanırlar. Bu gün start götürəcək sərbəst güləş üzrə yarışların keçirilməsində məqsəd muxtar respublikamızda bu idman növünə uşaq və gənclərdə marağın artırılmasıdır. Əminik ki, yarışlar fəal idman mübarizəsi şəraitində keçəcək, bütün güləşçilər yüksək əzmkarlıq nümayiş etdirəcəklər. Hakimlər isə hər bir görüşün ədalətlə keçirilməsini təmin edəcəklər.
Güləş Federasiyasının sədri Azər Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə idmanın inkişafına göstərdikləri diqqət və qayğıya görə bütün idmançılar adından minnətdarlığını bildirmiş, “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyini açıq elan etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı olmuşdur.
Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika birinciliyinin görüşlərinə start verilmişdir. Qeyd edək ki, iki gün davam edəcək birincilikdə 96 pəhləvan 10 çəki dərəcəsində mübarizə aparacaq, qalib gələn idmançılar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Aprelin 27-30-da Balakən rayonunda sərbəst güləş üzrə yeniyetmələr arasında XI Respublika Oyunları keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 10 idmançısı mübarizə aparıb. Pəhləvanlarımız keçirilən yarışda 2 medal qazanıblar.
İlk olaraq 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Əziz İsmayılov yarımfinala qədər irəliləyib. Bu mərhələdə məğlub olan güləşçimiz üçüncü yer uğrunda görüşü qələbə ilə başa vuraraq bürünc medal əldə edib. Digər bürünc medalı komandamıza 73 kiloqram çəki dərəcəsində Qoca Əhmədov qazandırıb.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.
Naxçıvan şəhərində yerləşən İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Əvvəlcə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, birinciliyin keçirilmə məqsədi yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları sərbəst güləş idman növünə cəlb etməklə bu idman növünün inkişafına və kütləviliyinə nail olmaqdır. Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat verib və yarışa start verilib.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın güləşçi öz qüvvəsini sınayıb. Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Mirsamir Seyidov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Kəramət Xudiyev, Abbas Nəzərəliyev, Turqut Abdullayev, Əli Əlioğlu, Fuad Məmmədov, Nurəddin Əliyev və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.
-30 |
kq |
-34 |
kq |
||||
1. 2. 3. 3. |
Məmmədli Cəfər Səfərov Sami Seyidov Seyid Niftəliyev Orxan |
· Culfa · Naxçıvan · Naxçıvan · Naxçıvan |
1. 2. 3. 3. |
Məmmədov Osman Əhmədli Elnur Fərzəlili Kənan Əlisoy Hüseyn |
· Culfa · Culfa · Culfa · Culfa |
||
-38 |
kq |
-42 |
kq |
||||
1. 2. 3. 3. |
Məmmədov Abbas Allahverdiyev Elmin Abbaslı Ayxan Cəfərov Sənan |
· Culfa · Naxçıvan · Culfa · Naxçıvan |
1. 2. 3. 3. |
Əfsərli Fuad Əhmədov Zahid Rzayev Hüseyn Abbasov Lətif |
· Naxçıvan · Naxçıvan · Culfa · Naxçıvan |
||
-46 |
Kq |
-50 |
kq |
||||
1. 2. 3. 3. |
Məmmədov Asif Salayev Hüseyn Qəribov Rəbbi Hüseynov Rəbbi |
·Culfa ·Naxçıvan ·Culfa ·Culfa |
1. 2. 3. 3. |
Bayramzadə Abbas Cabbarlı Məhəmməd Rəhimov Əhməd Musayev İsmayıl |
· Culfa · Naxçıvan · Naxçıvan · Naxçıvan |
||
-55 |
kq |
-60 |
kq |
||||
1. 2. 3. 3. |
İmanov Elnar Bbamuradov İlkin Hüseynov Cəbrayıl Abbaslı İsmayıl |
·Culfa ·Culfa ·Culfa ·Naxçıvan |
1. 2. 3. 3. |
Allahverdiyev Vüqar Əlifli Fərman Şirəliyev Ümid
|
·Naxçıvan ·Şərur ·Şərur · |
||
-66 |
kq |
+66 |
kq |
||||
1. 2. 3. 3. |
Məmmədov Elsəvər Ələkbərov Orxan Səfərov Orxan
|
·Culfa ·Naxçıvan ·Naxçıvan · |
1. 2. 3. 3. |
Əliyev Murad Quliyev Emil Rəhimli Səddam
|
· Şərur · Naxçıvan · Naxçıvan · |
||