Masallı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə keçirilən respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təmsilçilərinin də iştirak etdiyi turnirdə ölkənin müxtəlif şəhər və rayonlarının klublarının 400-dən çox idmançısı mübarizə aparıb. Sərbəst güləşçilərimiz bu turnirdə 4 müxtəlif əyarlı medal əldə ediblər.
26 kiloqram çəki dərəcəsində mübarizə aparan Ələkbər Əsgərov yalnız final görüşündə məğlub olaraq gümüş medal qazanıb. 35 kiloqram çəki dərəcəsində Məhəmməd Hümbətov, 42 kiloqram çəki dərəcəsində Məhəmməd İsmayılov və 92 kiloqram çəki dərəcəsində Süleyman Məmmədov turniri bürünc medalla başa vurublar.
Qalib idmançılarımız diplom və medalla təltif olunublar.