Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmələr (2007-2009-cu illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Birincilikdə Naxçıvan idmançıları ilə yanaşı, Babək və Kəngərli idmançıları da iştirak edib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı qüvvəsini sınayıb.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə Seymur Həsənov (32 kiloqram, Naxçıvan), Fuad Rzayev (35 kiloqram, Naxçıvan), Turqay Məmmədli (38 kiloqram, Naxçıvan), Tuqay Qəhrəmanlı (41 kiloqram, Naxçıvan), Hüseyn Rəcəbov (44 kiloqram, Naxçıvan), Sadiq Kərimov (48 kiloqram, Naxçıvan), Nadir Abdullayev (52 kiloqram, Naxçıvan), Namiq Əlizadə (57 kiloqram, Naxçıvan), Hüseyn Yasinli (62 kiloqram, Naxçıvan), Eldar Abdullayev (68 kiloqram, Naxçıvan) və Coşqun Novruzov (75 kiloqram, Naxçıvan) öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, federasiyanın isə medalları ilə mükafatlandırılıblar.