Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Sərbəst güləş üzrə şəhər birinciliyi

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmələr (2007-2009-cu illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 13 çəki dərəcəsi üzrə 70-dən çox idmançı öz qüvvələrini sınayıb.
Yekun nəticəyə əsasən İsmayıl Rüstəmov (32 kiloqram), Turqay Məmmədli (35 kiloqram), Tuqay Qəhrəmanlı (38 kiloqram), Məhəmməd İsmayılov (42 kiloqram), Sadiq Kərimov (46 kiloqram), Namiq Əlizadə (50 kiloqram), Ülvi Şahbazov (54 kiloqram), Elnur Məmmədov (58 kiloqram), Yasin Hüseynli (63 kiloqram), Elbrus Kazımov (69 kiloqram), Fərhad Rzayev (76 kiloqram), Elxan Əhmədli (85 kiloqram) və Süleyman Məmmədov (92 kiloqram) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar mükafatlandırılıblar.