Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Gənclər Gününı həsr olunmuş cüdo üzrə birincilik

1 fevral 2020-ci il tarixdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “2 fevral-Gənclər günü” münasibətilə yeniyetmə və gənclər (2005-2007-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və gənclər günü haqqında idmançılara geniş məlumat vermişdir. Daha sonra çıxış edənlər yarışın qaydaları haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışlar. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 8 çəki dərəcəsi üzrə 40 idmançı iştirak etmişdir. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa əsasən, Vüqar Nuriyev 34 kq, Əli Seyidov 38 kq, Səid Seyidov 42 kq, Murad Rzazadə 46 kq, Amin Nadirli 50 kq, İlham Baxşəliyev 55 kq, Ənvər Gülmalıyev 60 kq və Tural Hümbətov 66 kq çəki dərəcələrində birinci yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.