İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında kiçikyaşlı yeniyetmələr (2008-2010-cu illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 12 çəki dərəcəsi üzrə 70 idmançı öz qüvvələrini sınayıb. Nəticələrə gəlincə, Ələkbər Əsgərov 29 kq, Əhməd Xudiyev 32 kq, Məhəmməd Hümbətov 35 kq, Tuqay Qəhrəmanlı 38 kq, Hüseyn Rəcəbov 42 kq, Sadiq Kərimov 47 kq, Polad Bayramov 53 kq, Taysun Xudadanov 59 kq, Elbrus Kazımov 66 kq, Cəbrayıl Abbasov 73 kq, Aliyə Həziyeva 35 kq və İnci Bağırova 38 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda ilk üçlükdə qərarlaşan idmançılara diplom təqdim olunub.