Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

İdmançılarımız 3 medal qazanıb

 

 

 

Abşeron Olimpiya-İdman Kompleksində sərbəst güləş üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.

Birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də mübarizə aparıb. İdmançılarımızdan 51 kiloqram çəki dərəcəsində Kamal Qasımov bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Dadaş Dadaşzadə isə 80 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.

Eyni zamanda “Sərhədçi” Olimpiya-İdman Kompleksində keçirilən cüdo üzrə Bakı şəhər açıq birinciliyinə  də yekun vurulub. İki gün davam edən paytaxt birinciliyində 28 klubdan 277 gənc cüdoçu (247 oğlan və 30 qız) medallar uğrunda mübarizə aparıb. İdmançımız Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.