2011-ci il üçün hesabat

02 fevral 2011-ci il tarixdə “Gənclər Günü” münasibəti kiçik yaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir.Qaliblər diplomlarla təltif olunmuşlar.

     10-14 fevral 2011-cu il tarixdə Bakı şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyində Hüseynov Elşən və İbrahimov Xəzər III yerləri tutmuşlar.

     04-05 mart 2011-ci il tarixdə Culfa rayonunda “Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. I,II,III yerə layiq görülmüş idmançılar Güləş Federasiyası tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

     07-08 may 2011-cu il tarixdə Azərbaycan Güləş Federasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Güləş  Federasiyası ilə birgə təşkil olunmuş Yunan-Roma güləşi üzrə Naxçıvan şəhərində İlham Əliyev adına Olimpiya Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə  həsr olunmuş gənclər arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçirilmişdir.Turnirdə 9 ölkənin idmançıları iştirak etmişlər.Bu yarışda Naxçıvan  Muxtar Respublika idmançıları ayrıca təmsil olunmuşlar. Gərgin mübarizə şəraitində keçən bu yarışda Azərbaycan komandası  I ,  Gürcüstan komandası  II , Ukrayna komandası III yerlərə layiq görülmüşlər. Naxçıvan MR komandası VII  olmuşdur.İdmançılar Azərbaycan Güləş Federasiyasının və Naxçıvan MR Güləş  Federasiyasının diplom, medal, qiymətli hədiyyələr və pul mükafatları ilə mükafatlandırılmışlar.

       13-14 iyun 2011-ci il tarixdə “Milli Qurtuluş Günü”nə həsr olunmuş yeniyetmələr arasında  sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. I, II, III yeri tutmuş idmançılar diplomlarla təltif edilmişlər.

     23-26 iyun 2011-ci il tarixdə Bakı şəhərində sambo uzrə “Azərbaycan Kuboku” yarışında 100 kq cəki dərəcəsində Məmmədov Ramiq II, 74 kq cəki dərəcəsində Cabbarov Etibar III yerləri tutmuşlar.