Sambo birinciliyində qaliblər müəyyənləşib

 

 

 

İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında sambo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın məqsədi barədə idmançılara geniş məlumat veriblər. 
Birincilikdə 9 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı mübarizə aparıb. Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Məhəmməd Seyidov, Səid Seyidov, Sami Səfərov, Xanpolad Tutayuk, Məhəmməd İsayev, Bulud Əliyev, Faiq Məmmədli, Rauf Cabbarlı və Məhəmməd Əlizadə müvafiq olaraq 23, 26, 29, 32, 35, 38, 42, 46 və 53 kiloqram çəki dərəcələrində birinci yerə layiq görülüblər.
Hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.