“Naxçıvan” və “Şərur” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü

05 dekabr 2015-ci il tarixdə İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan”-“Şərur” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın keçirilmə məqsədi və vəzifələri haqqında idmançılara geniş məlumat verib və uğurlar diləyiblər.. Yarış Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər və Şərur Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxalq Güləş Federasiyasının mövcüd qaydalarına əsasən keçirilən yoldaşlıq görüşündə 9 çəki dərəcəsində 60 idmançı öz gücünü sınamışdır. 6:3 hesabı ilə “Naxçıvan” komandasının qalib gəldiyi yarışda fərqlənən idmançılara təşkilatçıların diplomları verilmişdir.