Naxçıvan gəncləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Ramil Hacı, Milli Məclisinin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu sahədə görülən məqsədyönlü işlər, qazanılan uğurlar, gənclərə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, muxtar respublikanın ictimai-siyasi, elm, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə uğur qazanan gənclərin fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilir. Məqsəd onları daha da həvəsləndirmək və motivasiya etməkdir.
Çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Müxtəlif sahələrdə uğurlu fəaliyyəti ilə fərqlənən gənclər və bu sahədə xidmətləri olan şəxslər mükafatlandırılıblar. Mükafatları gənclər və idman naziri Ramil Hacı təqdim edib.
Tədbirdə Naxçıvan Güləş Federasiyasının sədri, Əməkdar məşqçi Faiq İsgəndərov tərəfindən Ramil Hacıya təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.