Güləşçilərimizdən daha iki medal

     Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən sərbəst güləş üzrə Açıq Kubok yarışı keçirilib.

     Turnirdə  45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da çıxış edən yeniyetmə sərbəst güləşçilər mübarizə aparıblar. Ölkənin 30-dan artıq klub və cəmiyyətlərindən 200-dən artıq idmançı yarışda qüvvəsini sınayıb.

     Açık Kubok turnirində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları da iştirak edərək qaliblər sırasına adlarına yazdırıblar. Belə ki, 55 kiloqram çəki dərəcəsində Camal Qasımov fəxri kürsün ən yüksək zirvəsinə qalxıb. 60 kiloqram çəki dərəcəsində isə Kamal Qasımov gümüş medal qazanıb.

     Qalib idmançılarımız medal və diplomlarla təltif ediliblər.