Güləşçimiz Respublika turnirində bürünc medal qazanıb

Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçirilib.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edib. Yarışda güləşçilər 45, 48, 51, 55, 60 və 65 kiloqramda sərbəst güləş üzrə 178 pəhləvan mübarizə aparıb.
Yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi də iştirak edib. Belə ki, 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Camal Qasımov respublika turnirində bürünc medal qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.