Cüdoçularımız Türkiyədə 4 medal qazandılar

 

 

 

11-12 avqust 2018-ci il tarixlərdə Türkiyənin Samsun şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilmişdir. 4 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan) 10 komandanın iştirak etdiyi turnirdə Naxçıvan Muxtar Respublikası cüdo üzrə yığma komandasının 5 üzvü də iştirak etmişdir. Yekun nəticəyə görə Qaybalıyev Qalib Zamin oğlu 42 kq çəki dərəcəsində I yerə, Qaybalıyev Rəhim Vüsal oğlu 22 kq çəki dərəcəsində II yerə, Məmmədov Abbas Hafiz oğlu 50 kq çəki dərəcəsində II yerə, İsayev Cavid Səid oğlu 50 kq çəki dərəcəsində III yerə layiq görülmüşlər. Qaliblərə təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunmuşdur.